Yuxarı

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

Quyu sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib

Bakı. 30 dekabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 418A nömrəli estakadayanı meydançada 2614 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyu 970-960 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi