“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib Quyu gündəlik 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
10 Oktyabr , 2017 11:25
“Neft Daşları” yatağında yeni quyu istismara verilib
Report

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu günlərdə “Neft Daşları” yatağındakı 620A saylı özüldən 2624 nömrəli quyu qazmadan sonra istismara verilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Qirməkiüstü qumlu lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1 840-1 836 metr intervaldan gündəlik 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İB-nin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi