“Neft daşları” yatağında yeni quyu istismara verilib

“Neft daşları” yatağında yeni quyu istismara verilib Quyu sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna daxil edilib
Energetika
1 Dekabr , 2016 12:37
“Neft daşları” yatağında yeni quyu istismara verilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağında yeni quyu qazılaraq istismara verilib. “Report” SOCAR-a istinadən xəbər verir ki, söhbət 1637A saylı estakadayanı meydançada yerləşən 2646 nömrəli quyudan gedir.

Quyu Girməkialtı lay dəstəsi (1 010-1 005 metr intervaldan) horizontundan qazlift üsulu ilə mənimsənilib və sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna daxil edilib. 

Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi