Yuxarı

"Neft Daşları” yatağında yeni quyu istismara verilib

Quyunun sifarişçisi “Azneft”in “Neft Daşları” Neft və Qazçıxarma İdarəsidir

Bakı. 12 oktyabr. REPORT.AZ/ “Neft Daşları” yatağında yeni quyu istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılıb və 1376-1373 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyunun sifarişçisi “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi