''Neft Daşları'' yatağında daha bir quyu istismara verilib

''Neft Daşları'' yatağında daha bir quyu istismara verilib Quyu gündəlik 17 ton neft və 13 min kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib
Energetika
1 Noyabr , 2016 16:29
''Neft Daşları'' yatağında daha bir quyu istismara verilib

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ''Azneft'' İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağında 2592 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, 2585 saylı stasionar dəniz özülündən qazılmış 2592 nömrəli quyu məhsuldar qat çöküntülərinin Qirməkiüstü qumlu lay dəstəsindən qalıq süzgəclər açıldıqdan sonra qazlift üsulu ilə məhsul verib. Quyu 2 440-2 434 metr və 2 432-2 429 metr interval dərinliklərindən gündəlik 17 ton neft və 13 min kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi