Yuxarı

​“Neft Daşları” yatağı üçün yeni estakadayanı meydança tikilir

On istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 17 metr dərinliyində yerləşdiriləcək

Bakı. 6 noyabr. REPORT.AZ/ “Neft Daşları”nın yeni 1954A saylı estakadayanı meydançasının inşası davam etdirilir. Bu barədə "Report"a ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında tikilən meydançanın baş podratçısı şirkətin “Neftqaztikinti” Trestidir.

On istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 17 metr dərinliyində yerləşdiriləcək. Burada qazılacaq quyulardan sutkada 100 ton neft hasil olunacağı gözlənilir. Layihə çərçivəsində hidrotexniki hissədə işlər başa çatdırılıb, texnoloji avadanlıqlaraltı postament və dayaqlar, boru yığma meydançası və nasoslara xidmət meydançaları hazırlanıb, qülləaltı postament, dalma nasosları üçün şaxtalar, 2 ədəd minik və 2 ədəd yanalma meydançaları, 10 ədəd quyu istiqamətləndirici layihə yerində quraşdırılıb. Bundan əlavə, 2 ədəd yanalma və 1 ədəd xidmət meydançasının, texnoloji avadanlıqların və qazma qülləsinin quraşdırılması, meydançadaxili texnoloji boru kəmərlərinin çəkilməsi nəzərdə tutulur. İşlərin cari ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi