​“Neft Daşları” yatağı üçün yeni estakadayanı meydança tikilib

​“Neft Daşları” yatağı üçün yeni estakadayanı meydança tikilib Quyulardan ümumilikdə sutkada 100 ton neft hasil olunacağı gözlənilir
Energetika
23 Oktyabr , 2015 15:18
​“Neft Daşları” yatağı üçün yeni estakadayanı meydança tikilib

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Neft Daşları” yatağı üçün yeni 1954A saylı estakadayanı meydançanın tikintisi başa çatdırılıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında 10 ədəd istismar quyusunun qazılması üçün inşa olunmuş 1954A saylı estakadayanı meydança dənizin 17 metr dərinliyində yerləşdirilib.

Burada qazılacaq quyulardan ümumilikdə sutkada 100 ton neft hasil olunacağı gözlənilir. 

İnşaat işləri zamanı “Neftqaztikinti” Tresti tərəfindən 5 ədəd dayaq bloku, 4 ədəd aralıq seksiyası, 6 ədəd minik və yanalma meydançaları, 1 ədəd qülləaltı postament quraşdırılıb, 28 metr uzunluqda estakada tikilib, 384 ədəd dəmir beton plitələr quraşdırılıb, dayaq bloklarının ayaqlarına 30 ədəd svay vurulub.

Qeyd edək ki, həmin konstruksiyalar “General Əlağa Şıxlinski” kran gəmisi vasitəsilə layihə nöqtəsinə nəql edilib.

Son xəbərlər

Orphus sistemi