"Neft Daşları"ndakı paylayıcı qurğularda yenidənqurma işləri aparılır

"Neft Daşları"ndakı paylayıcı qurğularda yenidənqurma işləri aparılır Bu, neft və qazın ilkin hazırlanması və nəql olunması obyektlərinin etibarlı elektrik təchizatı ilə təmin edəcək
Energetika
25 Noyabr , 2014 18:21
Neft Daşlarındakı paylayıcı qurğularda yenidənqurma işləri aparılır

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) son vaxtlar "Neft Daşları"nda apardığı genişmiqyaslı tikinti, təmir və yenidənqurma işləri hasilatın artmasına, bu isə öz növbəsində əmtəə çənlər parkının genişlənməsinə səbəb olub.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, neft-qazın ilkin hazırlanması və nəql olunması məqsədilə yeni qurğu və avadanlıq, onlara uyğun işlədicilər, paylayıcı qurğuların yenidən qurulmasına zərurət yaranıb. Mövcud əmtəə çənlər parkının elektrik təchizatı üçün 1984-1990-cı illərdə quraşdırılmış 40, 41 və 42 saylı paylayıcı qurğular və onların 6 və 0,4 kV-luq avadanlıqları o dövr üçün müasir sayılan 6 kV-luq KSO-272 tipli yağ açarlarından və 0,4 kV-luq ŞO tipli panellərdən ibarət olub. Həmin avadanlıqların müasir tipli vakuum açarlarının göstəricilərindən geri qalması nəzərə alınaraq, "28 May" NQÇİ-nin neftin ilkin hazırlanması və nəqli sexinin ərazisindəki 40, 41 və 42 saylı paylayıcı qurğuların avadanlıqlarının Türkiyənin "Elko" şirkətinə məxsus yeni tipli vakuum açarlı avadanlıqlarla əvəz olunmasına başlanılıb. Hazırda 42 saylı paylayıcı qurğuda quraşdırma işləri davam etdirilir, 40 və 41 saylı qurğularda isə işlər başa çatdırılıb.

Paylayıcı qurğuların yenidənqurmadan sonra istifadəyə verilməsi "Neft Daşları"ndakı əmtəə çənlər parkının, neftin və qazın ilkin hazırlanması və nəql olunması obyektlərinin etibarlı elektrik təchizatı ilə təminatına zəmin yaradacaq.

Son xəbərlər

Orphus sistemi