“Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları”nda yeni quyu qazılır Quyudan gündəlik 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur
Energetika
21 İyun , 2017 13:24
“Neft Daşları”nda yeni quyu qazılır

Bakı. 21 iyun. REPORT.AZ/ “Neft Daşları” yatağında 602A nömrəli stasionar dəniz özülündən 2670 nömrəli quyuda qazma işlərinə başlanılıb.

“Report”un Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 650 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan gündəlik 10 ton neft və 1 000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi