Yuxarı
    Bağlamaq

    “Neft Daşları”nda yeni quyu qazılır

    Quyudan gündəlik 20 ton neft və 2000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur

    Bakı. 8 iyun. REPORT.AZ/ “Neft Daşları” yatağında 2585 nömrəli stasionar dəniz özülündən 2584 nömrəli quyuda qazma işlərinə başlanılıb.

    “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2800 metrdir.

    Geoloqların hesablamalarına əsasən, quyudan gündəlik 20 ton neft və 2000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi