Yuxarı
    Bağlamaq

    “Neft Daşları”nda yeni istismara verilmiş platformadan ilk quyu qazılır

    Quyudan sutkada 10 ton neft və 1 000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur​© Report.az

    Bakı. 3 aprel. REPORT.AZ/ “Neft Daşları” yatağında yeni istismara verilmiş 620A nömrəli stasionar dəniz özülündən ilk 2621 nömrəli quyuda qazma işlərinə başlanılıb.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1630 metrdir.

    Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1 000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi