Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanın “Neft Daşları” yatağındakı 1 887 saylı meydançadan 2 679 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Quyu X horizontdan, 2 580-2 572 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.