​"Neft Daşları"nda daha bir quyu istismara verilib

​"Neft Daşları"nda daha bir quyu istismara verilib Quyu sutkalıq 20 ton neft hasilatı ilə istismara daxil edilib
Energetika
24 Fevral , 2015 13:40
​Neft Daşlarında daha bir quyu istismara verilib

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik olan "Neft Daşları" yatağındakı 1 887 saylı stasionar dəniz özülündən 2 206 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, quyu Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2 383-2 362 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi