Yuxarı
    Bağlamaq

    ''Neft Daşları”nda bir özüldə yenidənqurma işləri həyata keçirilib

    Əlavə qazılacaq yeni 4 quyudan sutkada ümumilikdə 120 ton neft hasil ediləcəyi nəzərdə tutulur© Report.az

    Bakı. 5 may. REPORT.AZ/ ''Neft Daşları” yatağındakı 1887 saylı Stasionar Dəniz Özülündə əlavə 4 quyunun qazılması məqsədilə yenidənqurma işləri həyata keçirilib.

    “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulub.

    Sementləmə işləri yerinə yetirilib, quyular üçün yeni monifold bloku yığılıb. Qazpaylayıcı qurğu quraşdırılaraq mövcud sistemlə əlaqələndirilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb.

    Qeyd edək ki, əlavə qazılacaq yeni 4 quyudan sutkada ümumilikdə 120 ton neft hasil ediləcəyi nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi