Yuxarı
    Bağlamaq

    ​“Neft Daşları”ında daha bir quyu istismara verilib

    Əvvəllər ləğv olunmuş bu quyu əsaslı təmirdən sonra sutkalıq 10 ton neft hasilatı ilə istismara verilib

    Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Neft Daşları” yatağındakı 915 saylı Stasionar Dəniz Özülündən ləğv olunmuş 1 651 nömrəli quyunu əsaslı təmir və geoloji tədbirdən sonra istismara verib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

    Quyu Fasilə Lay Dəstəsindən 2 356-2 342 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismara daxil edilib.

    Xatırladaq ki, quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi