"Neft Daşları"nda daha bir quyu istismara verilib

"Neft Daşları"nda daha bir quyu istismara verilib Quyu sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
9 Oktyabr , 2015 15:51
Neft Daşlarında daha bir quyu istismara verilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 418 A nömrəli estakadayanı meydançadan 2 613 nömrəli quyu qazmadan sonra istismara verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib.

Quyu 960-952 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi