Yuxarı
    Bağlamaq

    "Neft Daşları" yatağı üçün inşa olunan estakadayanı meydança yaxın günlərdə istismara veriləcək

    Estakadayanı meydançadan qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı gözlənilir

    Bakı. 5 noyabr. REPORT.AZ/ “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Neft Daşları” yatağı üçün inşa olunan 1637A saylı estakadayanı meydançada tikinti-quraşdırma işlərini yekunlaşdırmaq üzrədir.

    "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, 14 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan estakadayanı meydançada indiyə kimi dayaq blokları, aralıq seksiyalar, minik və yanalma meydançaları, eləcə də qülləaltı postamentin hərəkət yolları quraşdırılıb. Tikinti işləri zamanı 1 600 ton metal-konstruksiyadan istifadə olunub. Estakadayanı meydançada ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə sahələri üzrə işlər müasir standartlara uyğun yerinə yetirilib. Dənizin çirklənməsinin qarşısını almaq üçün estakadayanı meydançanın döşəməsində novlar, döşəmənin altında isə çirkab suları yığmaq üçün tutumlar yerləşdirilib. Hazırda quyu istiqamətləndiricilərinin vurulması işləri davam etdirilir. Yaxın günlərdə 1637A saylı estakadayanı meydançanın tam istismara verilməsi gözlənilir. 

    Qeyd edək ki, estakadayanı meydançadan qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi