Neft cüzi ucuzlaşıb

Neft cüzi ucuzlaşıb Bəzi ölkələrin strateji neft ehtiyatlarının istifadəyə açılması ehtimalının yaranması neftin ucuzlaşmasına rəvac verib.
Energetika
23 Noyabr , 2021 12:06
Neft cüzi ucuzlaşıb

Bəzi ölkələrin strateji neft ehtiyatlarının istifadəyə açılması ehtimalının yaranması neftin ucuzlaşmasına səbəb olub.

“Report” xəbər verir ki, bu gün səhər hərraclarında Bakı vaxtı ilə saat 8:41-ə olan vəziyyətə görə “Brent” markalı neftin yanvar fyüçersləri 0,49 faiz uuczlaşaraq 79,31, WTI markalı neftin isə 0,04 faiz ucuzlaşaraq 79,19 ABŞ dollarından satılıb. Hərrac zamanı “Brent” son iki aya yaxın müddət ərzində ilk dəfədir 78 dollar həddindən aşağı düşüb.

Qeyd edək ki, bundan əvvəl “Bloomberg” ABŞ Prezidenti Cozef Baydenin strateji neft ehtiyatını bu gündən istifadəyə açacağını, daha sonra Hindistan, Yaponiya, Cənubi Koreya tərəfindən bənzər addımlar atılacağını bildirib.

İngilis versiyası Oil falls in price

Son xəbərlər

Orphus sistemi