Neft cüzi bahalaşıb
- 17 mart, 2021
- 07:28
Dünya bazarlarında neft qiymətləri çərşənbə günü səhər saatlarında bir qədər yüksəlib.
“Report” “Prime”a istinadən xəbər verir ki, bunu hərrac məlumatları göstərir.
Belə ki, Bakı vaxtı ilə saat 09:06-ya olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 0,03 % artaraq bir barel üçün 68,41 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçersləri isə 0,19 % bahalaşaraqbir barel üçün 64,91 ABŞ dollarına çatıb.
Ticarət iştirakçıları Amerika Neft İnstitutunun (API) ABŞ-da xammal ehtiyatlarının gözlənilmədən 1 milyon barel səviyyəsində azalması ilə bağlı məlumatlarını qiymətləndirirlər. ABŞ Energetika Nazirliyindən rəsmi məlumatlar isə axşam açıqlanacaq. Ekspertlər ölkənin ehtiyatlarının 2,97 milyon barel azaldığını bildirəcəyini gözləyirlər.