Neft bazar tarazlığı gözləntiləri fonunda ucuzlaşır

Neft bazar tarazlığı gözləntiləri fonunda ucuzlaşır “Brent” markalı neftin mart fyuçersləri 51,2 dollar/barelə, WTI markalı neftin fevral fyuçersləri isə 48,14 dollar/barelə düşüb/
Energetika
28 Dekabr , 2020 11:33
Neft bazar tarazlığı gözləntiləri fonunda ucuzlaşır

Dünya bazarında neft qiymətləri bazar ertəsi səhər saatlarında ucuzlaşır, dinamika qismən daha əvvəlki artımdan sonrakı korreksiya ilə əlaqədardır, eyni zamanda bazarlar bazarlar tələb-təklif tarazlığının perspektivlərini qiymətləndirməyə davam edirlər.

“Report” “Prime”a istinadən xəbər verir ki, bunu sövdələşmələrin məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 08:42-yə olan məlumata görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 0,27% azalaraq bir barel üçün 51,2 ABŞ dollarına, WTI markalı neftin fevral fyuçersləri isə 0,19% ucuzlaşaraq bir barel üçün 48,14 ABŞ dollarına düşüb. “Brent”in fevral fyuçerslərinin dəyəri isə 0,29% azalaraq bir barel üçün 51,14 ABŞ dollar təşkil edib.

Keçən həftənin çərşənbə günü, Milad bayramından əvvəl neft 2% civarında bahalaşmışdı və bu, ABŞ-ın ehtiyatları ilə bağlı güclü statistika ilə əlaqələndirilmişdi. Digər yandan, keçən həftənin yekununda neft qiymətlərində oktyabr ayından bəri ilk dəfə azalma qeydə alındı.

Eyni zamanda noyabrda investorların qlobal iqtisadi dirçəlişə və tələbə kömək etməli olduğuna inandığı koronavirusa qarşı peyvənd ilə bağlı nikbinlik səbəbindən neft nəzərəçarpacaq dərəcədə bahalaşmışdı. Dekabr ayının əvvəlindən bəri neft qiymətləri indiyə qədər daha mülayim artım göstərir – təqribən 6%.

Treyderlər neft bazarında tələb və təklif perspektivlərini qiymətləndirməyə davam edirlər. Bir tərəfdən, bir sıra bölgələrdə koronavirusa yoluxma ilə bağlı statistikalar həyəcanverici olaraq qalır, bəzi ölkələrdə karantin məhdudiyyətlərini sərtləşdirməyə davam edirlər. Digər yandan da getdikcə daha çox ölkə koronavirusa qarşı peyvənd əldə edir. Qlobal iqtisadiyyatla bağlı proqnozlar neftə olan tələbata təsir göstərdiyindən neft qiymətlərində də əks olunur.

Bazarlarda neft hasilatı ilə bağlı xəbərlərə də diqqət yetirilir. İraq Neft Nazirliyi daha əvvəl 2023-cü ildən sonra cənub limanlarından xammal ixracını gündəlik 6 milyon barrelə çatdırmaq niyyətində olduğunu açıqlayıb. Bundan əlavə, Səudiyyə Ərəbistanının energetika naziri Əbdül Əziz bin Salman krallıq ərazisində dörd yeni neft və qaz yatağının tapıldığını elan edib.

Son xəbərlər

Orphus sistemi