Neft bahalaşıb
Energetika
- 18 yanvar, 2023
- 05:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çində "qara qızıl"a tələbin artacağı ilə bağlı gözləntilər fonunda dünya bazarında neft qiymətləri artıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,83 % bahalaşaraq 1 bareli 86,64 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,92 % artaraq 1 bareli 81,21 ABŞ dolları təşkil edib.
Treyderlərin əsas diqqəti dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çinə yönəlib. Neftin əsas idxalçısı olan bu ölkədə koronavirusla bağlı bəzi məhdudiyyətlərin aradan qaldırılması neftə olan tələbə müsbət təsir göstərib.
İnvestorlar həmçinin Beynəlxalq Enerji Agentliyinin (IEA) bu gün açıqlanacaq hesabatını gözləyir.
Son xəbərlər
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region