Neft ABŞ-ın Energetika Nazirliyinin statistik məlumatları fonunda bahalaşır

Neft ABŞ-ın Energetika Nazirliyinin statistik məlumatları fonunda bahalaşır “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 68,53 dollar/barelə, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 65,03 dollar/barelə çatıb
Energetika
11 Mart , 2021 10:27
Neft ABŞ-ın Energetika Nazirliyinin statistik məlumatları fonunda bahalaşır

ABŞ-ın Energetika Nazirliyinin son bir həftə ərzində ölkədə benzin ehtiyatlarında azalma barədə məlumatları dərc etməsindən sonra dünya bazarında neft qiymətləri ardıcıl ikinci gün artmağa davam edir.

“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:43-ə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neft qarışığının may fyuçerslərinin qiyməti 0,93% artaraq bir barel üçün 68,53 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçersləri isə 0,92% bahalaşaraq 65,03 dollar/barelə çatıb.

Treyderlər ABŞ Energetika Nazirliyinin neft və neft məhsulları ehtiyatlarına dair statistikasını, habelə ölkədə son həftə ərzində hasilat səviyyəsini qiymətləndirməyə davam edirlər. Belə ki, martın 5-i bitən həftədə kommersiya məqsədli neft ehtiyatları 13,8 milyon barel artaraq 2020-ci il dekabr ayının ortalarından bəri maksimum səviyyəyə çatıb. Neft hasilatı öncəki həftədəki 10 milyon barel/gün səviyyəsindən gündəlik 10,9 milyon barel səviyyəsinə yüksəlib.

Eyni zamanda, benzin ehtiyatları 11,9 milyon barel azalıb. Hərçənd yalnız 3,5 milyon barel azalma olacağı gözlənilirdi. Distillat ehtiyatları da proqnozlaşdırıldığından çox azalıb: 3,5 milyon barel əvəzinə 5,5 milyon barel.

Son xəbərlər

Orphus sistemi