Neft ABŞ-dakı ehtiyatlara dair məlumatlar fonunda ucuzlaşır

Neft ABŞ-dakı ehtiyatlara dair məlumatlar fonunda ucuzlaşır “Brent” markalı neftin dəyəri 0,5% azalaraq 64,14 ABŞ dollarına düşüb
Energetika
24 Fevral , 2021 10:43
Neft ABŞ-dakı ehtiyatlara dair məlumatlar fonunda ucuzlaşır

Neft qiymətləri çərşənbə günü səhər saatlarında Amerika Neft İnstitutunun (API) xammal ehtiyatlarının gözlənilməz artımı ilə əlaqədar məlumatlarına görə azalıb.

“Report” “Prime”a istinadən xəbər verir ki, “Brent” markalı neftin dəyəri 0,5% azalaraq 64,14 ABŞ dollarına, aprel fyuçerslərinin qiyməti isə 0,49% azalaraq bir barel üçün 65,05 ABŞ dollarına düşüb. WTI markalı neftin aprel fyuçerslərinin dəyəri 0,78% azalaraq bir barel üçün 61,19 ABŞ dolları təşkil edib.

Ticarət iştirakçıları API məlumatlarına istinadən hərəkət edir. İnstitut ABŞ-ın neft ehtiyatlarının keçən həftə 1,026 milyon barel artdığını bildirib. Halbuki analitiklər 5,4 milyon barel həcmində azalma olacağını proqnozlaşdırırdı. ABŞ Energetika Nazirliyinin rəsmi məlumatları cümə günü açıqlanacaq. Analitiklər qurumun ehtiyatların 5,2 milyon barel azaldığını bildirəcəyini təxmin edirlər.

Bundan əlavə, neft qiymətlərindəki azalma növbəti maksimumlardan sonrakı korreksiya ilə də bağlıdır. Bazar ertəsi neft qiymətləri 3-4% artmış, çərşənbə axşamı isə təxminən 0,3% səviyyəsində bir qədər möhkəmlənmişdi.

Son xəbərlər

Orphus sistemi