ABŞ-da xammal ehtiyatlarının gözlənilməz artımı fonunda neft ucuzlaşır

ABŞ-da xammal ehtiyatlarının gözlənilməz artımı fonunda neft ucuzlaşır “Brent” markalı neftin fevral fyuçersləri 49,36 dollar/barelə, WTI markalı neftin fevral fyuçersləri isə 46,36 dollar/barelə düşüb.
Energetika
23 Dekabr , 2020 11:35
ABŞ-da xammal ehtiyatlarının gözlənilməz artımı fonunda neft ucuzlaşır

Dünyada neftin qiyməti çərşənbə günü səhər saatlarında Amerika Neft İnstitutunun (API) ABŞ-da xammal ehtiyatlarının keçən həftə ərzində gözlənilmədən artması barədə məlumatları fonunda 1,4% ucuzlaşıb.

“Report” “Prime”a istinadən xəbər verir ki, bunu sövdələşmə məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 08:32-yə olan məlumata əsasən, Şimal dənizindən hasil olunun “Brent” markalı neft qarışığının fevral fyuçerslərinin qiyməti 1,44% ucuzlaşaraq bir barel üçün 49,36 ABŞ dollarına, WTI markalı neftin fevral fyuçersləri isə 1,4% dəyər itirərək bir barel üçün 46,36 ABŞ dollarına düşüb.

Sövdələşmə iştirakçıları API-ın son məlumatlarına əsaslanırlar. İnstitutun məlumatına görə, ABŞ neft ehtiyatları keçən həftə ərzində 2,7 milyon barel artıb, halbuki analitiklər 3,25 milyon barel səviyyəsində azalma gözləyirdi. ABŞ Energetika Nazirliyindən rəsmi məlumatları axşam açıqlanacaq. Analitiklər nazirliyin ehtiyatların 3,2 milyon barel azaldığını bildirəcəyini proqnozlaşdırır.

Koronavirusa yoluxma hallarının artması da neftə tələbata ciddi təsir göstərməyə davam edir. Belə ki, ABŞ-da, agentliyin hesablamalarına görə, yalnız altı gündə bir milyondan çox yeni yoluxma hadisəsi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi