Neft ABŞ-da hasilat barədə yeni məlumatların gözləntiləri fonunda ucuzlaşmaqda davam edir

Neft ABŞ-da hasilat barədə yeni məlumatların gözləntiləri fonunda ucuzlaşmaqda davam edir "Brent"in qiyməti 1,46 faiz aşağı düşərək 62,81 dollara bərabər olub
Energetika
4 Dekabr , 2017 23:00
Neft ABŞ-da hasilat barədə yeni məlumatların gözləntiləri fonunda ucuzlaşmaqda davam edir

Bakı. 4 dekabr. REPORT.AZ/ Neftin dünya qiymətləri BHGE-nin (Baker Hughes, a GE company) ABŞ-da neft quyularının sayına dair narahatlıq doğuran hesabatından sonra Birləşmiş Ştatlarda hasilat barədə yeni məlumatların gözləntiləri fonunda aşağı düşməkdə davam edir.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 22.09-a olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qarışığının fevral fyuçerslərinin dəyəri 1,46 faiz aşağı düşərək bir barel üçün 62,81 dollara bərabər olub.

WTI markalı yüngül neftin yanvar fyuçersləri isə 1,25 faiz ucuzlaşaraq bir barel üçün 57,63 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi