Neft 1 % bahalaşıb

Neft 1 % bahalaşıb Dünya bazarında neftin qiyməti bir sıra amillərin təsiri altında 1 % artıb.
Energetika
27 İyul , 2023 10:05
Neft 1 % bahalaşıb

Dünya bazarında neftin qiyməti bir sıra amillərin təsiri altında 1 % artıb.

“Report” xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçersləri 0,92 % bahalaşaraq 83,32 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 1,09 % artaraq 1 bareli 79,64 ABŞ dolları təşkil edib.

Asiya treyderlərinin risk meylləri, o cümlədən dünyanın ən böyük neft istehlakçılarından və idxalçılarından biri olan Çində fond indekslərinin yüksəlməsi qiymətləri dəstəkləyir.

Digər tərəfdən, birjalar ABŞ-da neftin kommersiya ehtiyatlarının artımı ilə bağlı həftəlik statistikasını qiymətləndirir. Belə ki, iyulun 21-dək olan həftə ərzində ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatları 0,6 milyon barel azalaraq 456,8 milyon barelə düşüb. Analitiklər isə azalmanın 2,4 milyon barel olacağını proqnozlaşdırırdılar.

Neft bazarı üçün daha bir müsbət amil ABŞ dollarının ucuzlaşmasıdır. Belə ki, bu, nefti başqa valyutalarla alış üçün əlçatan edir.

Son xəbərlər

Orphus sistemi