Nazirlər Kabineti "Elektrik enerjisindən istifadə Qaydaları"na dəyişikliklər edib

Nazirlər Kabineti "Elektrik enerjisindən istifadə Qaydaları"na dəyişikliklər edib Bakı. 30 mart. REPORT.AZ/ Nazirlər Kabineti Elektrik enerjisindən istifadə Qaydalarına bir sıra dəyişikliklər edib.
Energetika
30 Mart , 2018 01:06
Nazirlər Kabineti Elektrik enerjisindən istifadə Qaydalarına dəyişikliklər edib

Bakı. 30 mart. REPORT.AZ/ Nazirlər Kabineti "Elektrik enerjisindən istifadə Qaydaları"na bir sıra dəyişikliklər edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Dəyişikliyə əsasən, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerjitəchizatı sxeminin dəyişdirilməsi bu qaydalara uyğun olaraq, elektrik qurğularının şəbəkəyə qoşulmasına dair verilən texniki şərtlərə və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi istismara buraxılış aktına əsasən həyata keçiriləcək.

Habelə digər dəyişikliyə görə, qaydaların 6.2.-ci bəndi ("Dövlət Enerjinəzarət" İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 iyul tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə"yə uyğun olaraq fəaliyyət göstərir) ləğv edilib.

Qaydalara 1 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 18-ci hissəsində, 2 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-ci hissəsində, 3 nömrəli əlavə - “Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin 17-ci hissəsində “Dövlət Enerjinəzarət” İdarəsinin” sözləri “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin” sözləri ilə əvəz edilib.

Son xəbərlər

Orphus sistemi