Nazir: "TANAP Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək və enerji qaynaqlarının şaxələndirilməsinə töhfə verəcək"

Nazir: "TANAP Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək və enerji qaynaqlarının şaxələndirilməsinə töhfə verəcək" Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Gürcüstan bütün dünyaya nümayiş etdirdilər ki, regionun əhalisinin rifahı üçün Trans Anadolu Qaz Boru Kəməri (TANAP) kimi böyük layihəni həyata keçirə bilərlər.
Energetika
14 Avqust , 2018 10:55
Nazir: TANAP Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək və enerji qaynaqlarının şaxələndirilməsinə töhfə verəcək

Bakı. 14 avqust. REPORT.AZ/ "Azərbaycan, Türkiyə və Gürcüstan bütün dünyaya nümayiş etdirdilər ki, regionun əhalisinin rifahı üçün Trans Anadolu Qaz Boru Kəməri (TANAP) kimi böyük layihəni həyata keçirə bilərlər".

"Report" xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar deyib.

Onun sözlərinə görə, TANAP layihəsi vaxtından əvvəl icra edilib və bunu rekord hesab etmək olar. 

Nazirin fikrincə, kəmər enerji təhlükəsizliyini gücləndirəcək və enerji qaynaqlarının şaxələndirilməsinə töhfə verəcək. 

"Layihənin həyata keçirilməsi ilə Azərbaycan qazı ilk dəfə Avropa bazarına çıxacaq. Bundan əlavə, Türkiyənin regiondakı strateji rolu güclənəcək. TANAP-ın payına Türkiyəyə ümumi qaz idxalının 10%-i düşəcək. Bu, qaz tədarükünün şaxələndirilməsi baxımından son dərəcə əhəmiyyətlidir", - deyə A.Bayraktar bildirib.

Son xəbərlər

Orphus sistemi