Nazir: "SOCAR-ın qaz təsərrüfatında gəlirləri çox cuzidir"

Nazir: "SOCAR-ın qaz təsərrüfatında gəlirləri çox cuzidir" "Azərenerji"nin SOCAR-a qalan borcu dövlət büdcəsi hesabına ödəniləcək
Energetika
30 Noyabr , 2016 13:59
Nazir: SOCAR-ın qaz təsərrüfatında gəlirləri çox cuzidir

Bakı. 30 noyabr. REPORT.AZ/ SOCAR-ın əsasən qaz hasilatı və paylanması ilə bağlı əldə etdiyi gəlirlər çox cüzidir. 

"Report"un verdiyi məlumata görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. 

"Hətta, kommunal xidmətlərin qiymətinin artımından sonra şirkətin əldə edəcəyi gəlirlər yalnız xərclərin bağlanmasına imkan yaradır" - nazir əlavə edib.

S.Şərifov deyib ki, "Azərenerji"nin SOCAR-a qalan borcu dövlət büdcəsi hesabına ödəniləcək: "Kommunal xidmətlərin qiymətlərinin artırılmasının təsirləri qiymətləndirilib. Mənfi təsirlərin yumşaldılması üçün əlavə sosial yardımlar göstəriləcək. Əlavə gəlirlər hesabına ünvanlı sosial yardıma əlavə vəsait ayrılacaq və ehtiyac meyarı artırılacaq".