Nazir: "Şahdəniz Mərhələ-2" üzrə nəzərdə tutulan tədbirlərin ümumilikdə 50 faizi tamamlanıb

Nazir: "Şahdəniz Mərhələ-2" üzrə nəzərdə tutulan tədbirlərin ümumilikdə 50 faizi tamamlanıb Natiq Əliyev: "Layihənin icrası üzrə digər tədbirlər də il ərzində uğurla davam etdirilib"
Energetika
15 Yanvar , 2016 14:03
Nazir: Şahdəniz Mərhələ-2 üzrə nəzərdə tutulan tədbirlərin ümumilikdə 50 faizi tamamlanıb

Bakı. 15 yanvar. REPORT.AZ/ "“Cənub Qaz Dəhlizi” Avropa enerji bazarına təbii qaz təchizatının yeni mənbəyinin təmin edilməsində mühüm yer tutacaq". "Report" xəbər verir ki, bunu Azərbaycan energetika naziri Natiq Əliyev "Respublika" qəzetində çıxan məqaləsində qeyd edib.

Nazir bildirib ki, layihənin icrası üzrə digər tədbirlər də il ərzində uğurla davam etdirilib: "“Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən olan “Şahdəniz Mərhələ-2” üzrə konsepsiyaya körpü ilə birləşdirilən iki dəniz platformasının tikintisi, quyuları sahildəki terminalla birləşdirəcək 500 km uzunluğunda sualtı boru kəmərlərinin inşası, dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi, yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal Terminalının genişləndirilməsi ilə yanaşı 2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması daxildir. Bu quyulardan 8-i artıq qazılıb qurtarıb. Ümumilikdə, layihə üzrə bir sıra hədəflərə qrafikdən əvvəl nail olunub. Nəzərdə tutulan tədbirlər mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 50% tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur".

N.Əliyev deyib ki, “Şahdəniz-2” üçün digər əlavə işlər də görülüb. Onun sözlərinə görə, 2015-ci ildə Bakı Gəmiqayırma zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisi üçün iki iri gövdə seksiyası Sinqapurdan yola salınıb: "Bu seksiyaların çəkisi ümimilikdə 10 800 ton, uzunluğu 140 metr, eni 16 metr, hündürlüyü isə 17 metrdir. İnşası bitdikdən sonra bu yeni gəmi “Şahdəniz-2” sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək".

Son xəbərlər

Orphus sistemi