Yuxarı
    Bağlamaq

    Nazir: “Naxçıvanda iki elektrik stansiyası tikiləcək”

    Qarşıdakı 4 ildə əhalinin əksər hissəsi elektrik enerjisi ilə təmin ediləcək

    Bakı. 20 oktyabr. REPORT.AZ/ "Naxçıvan Muxtar Respublikasında, Araz çayı üzərində hər birinin gücü 40 MVt olan “Ordubad” və “Marazad” su elektrik  stansiyalarının tikintisi də nəzərdə tutulub ki, bu layihə tərəflərin hər birində əlavə 100 milyon kVt saat elektrik enerjisinin istehsalına şərait yaradacaq".

    “Report” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Energetiklər günü” münasibəti ilə rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edilir.

    N.Əliyev deyib ki, hələ qarşıya qoyulan məsələlər tam yerinə yetirilməyib: “Əgər müqayisə aparsaq görərik ki, elektrik stansiyalarının hər adambaşına düşən qoyuluş istehsal gücü Rusiya Federasiyasında 1,35 kVt, Qazaxıstanda-1,25 kVt, Avropa İttifaqında-1,3-3 kVt olduğu halda, Azərbaycanda bu göstərici 0,75 kVt-dı. Deməli, yaxın gələcəkdə Azərbaycanın bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatması üçün yeni tikiləcək elektrik stansiyalarının hesabına energetika sistemin ümumi gücü 10 000 MVt-dan yüksək həddə çatdırılmalıdır. Nəticədə ölkədə adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər yüksələrək, 3600 kVt saatdan artıq olacaq”.
    Nazir deyib ki, qarşıdakı 4 ildə əhalinin əksər hissəsi elektrik enerjisi ilə təmin ediləcək: “2020-ci ilədək Azərbaycanda adambaşına düşən ÜDM-in həcminin iki dəfə artmaqla təxminən 13000 ABŞ dolları səviyyəsinə çatması perspektivini nəzərə alaraq, 2020-ci ilədək əhalinin 99,9%-in elektrik enerjisindən istifadəsi mümkün olacaq və adambaşına elektrik enerjisinin istehsalı 2018-ci ildə 2500 kVt saata qədər artacaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi