Nazir müavini: “Xızı-Abşeron" KES 500 milyon manata qənaət etmək imkanı verəcək”

Nazir müavini: “Xızı-Abşeron" KES 500 milyon manata qənaət etmək imkanı verəcək” "Xızı-Abşeron" külək elektrik stansiyası (KES) dövlət büdcəsinin təxminən 500 milyon manat vəsaitinə qənaət etmək imkanı verəcək.
Energetika
130
17 Yanvar , 2022 18:09
Nazir müavini: “Xızı-Abşeron KES 500 milyon manata qənaət etmək imkanı verəcək”

"Xızı-Abşeron" külək elektrik stansiyası (KES) dövlət büdcəsinin təxminən 500 milyon manat vəsaitinə qənaət etmək imkanı verəcək.

“Report” xəbər verir ki, bunu İTV-yə müsahibəsində energetika nazirinin müavini Elnur Soltanov bildirib.

"Bu stansiya bir neçə cəhətdən əhəmiyyətlidir. İlk olaraq, bu, bərpa olunan enerji sahəsinə qoyulan ən böyük investisiyadır. Əlbəttə ki, külək və günəş aspektində nəinki ölkəmizdə, həm də bütün Qafqazda! İkinci, bu, sadəcə bərpa olunan enerji sahəsinə qoyulan ən böyük investisiya deyil, eyni zamanda elektroenergetika sahəsinə qoyulan ən böyük özəl investisiyadır. Niyə özəl investisiya əhəmiyyətlidir? Çünki bu, dövlət büdcəsinə təxminən yarım milyard manat qənaət deməkdir. Özəl investorun gəlişi bir mənada risklərin də dövlətin üzərindən başqa bir qurumun üzərinə qoyulması deməkdir. Biz etiraf etməliyik ki, nəzəri olaraq şirkətlər öz pullarının dəyərini hesablamaqda dövlətdən daha uğurlu olurlar. Çünki şirkətlər iqtisadi sistemin aktyorlarıdır, dövlətlər isə siyasi aktyorlardır. Ona görə də özəl investisiyanın cəlb ediləcəyi bir məqama məhz özəl investisiya cəlb edilməlidir. Dövlət yalnız özəl investorun cəlb edilə bilmədiyi məqamlarda strateji layihələrə cəlb edilir. Bütün hallarda əgər bir yerə özəl investor gələ bilərsə, ora dövlətin vəsaitinin cəlb edilməsi məqsədə müvafiq deyil”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi