Nazir müavini: "Neftin ucuzlaşması ilə bağlı çətinlik kritik və qorxulu deyil"

Nazir müavini: "Neftin ucuzlaşması ilə bağlı çətinlik kritik və qorxulu deyil" Gülməmməd Cavadov: "Sadəcə, bir az dözmək və işləmək lazımdır"
Energetika
18 Oktyabr , 2016 12:58
Nazir müavini: Neftin ucuzlaşması ilə bağlı çətinlik kritik və qorxulu deyil

Bakı. 18 oktyabr. REPORT.AZ/ Digər neft hasil edən ölkələrdən fərqli olaraq, Azərbaycan üçün neftin ucuzlaşması ilə bağlı çətinlik o qədər də kritik və qorxulu deyil. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumda çıxışı zamanı energetika nazirinin müavini Gülməmməd Cavadov deyib.

Onun sözlərinə görə, bu əminlik öncədən görülmüş tədbirlər, Dövlət Neft Fondunun yaradılması və qeyri-neft sektorunun inkişafı üçün görülən işlərlə bağlıdır: "Bizim valyuta ehtiyatlarımız var. Düzdür, bu işlərə bir qədər gec başlamaq olardı, lakin həyat göstərdi ki, hadisələr bizi qabaqladı. İqtsadiyyat Nazirliyi qeyri-neft sektorunun inkişafı üçün işlər görür".

Nazir müavini vurğulayıb ki, Azərbaycan bu çətin dövrdən çıxacaq: "Sadəcə olaraq bir az dözmək və işləmək lazımdır".

Son xəbərlər

Orphus sistemi