Nazir: “Malta SOCAR-la gələcəkdə də layihələr həyata keçirəcəyinə ümid edir”

Nazir: “Malta SOCAR-la gələcəkdə də layihələr həyata keçirəcəyinə ümid edir” “SOCAR Trading” proses üçün LNG və avadanlığı təmin edəcək
Energetika
12 Yanvar , 2017 10:37
Nazir: “Malta SOCAR-la gələcəkdə də layihələr həyata keçirəcəyinə ümid edir”

Valetta.12 yanvar. REPORT.AZ/ Malta Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə gələcəkdə də layihələr həyata keçirəcəyinə ümid edir.

“Report”un Maltaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Malta baş naziri ofisinin naziri Konrad Mizzi “SOCAR Trading”in Maltada işləri davam etdirilən "LNG-to-Power" (Liquified Natural Gas, mayeləşdirilmiş qaz-elektrik enerjisinə) layihəsi üçün ilk LNG partiyasının çatdırılması mərasimində bildirib.

O, Maltanın bu ölçüdə beynəlxalq layihədə iştirak etməsini böyük nailiyyət olaraq qeyd edib: “Delimara Elektrik Stansiyasının istismara verilməsi ilə Malta təkcə “ətraf mühitə dost” enerji istehsalında ön sıralarda olmayacaq, ölkə həm də Avropada ən rəqabətli elektrik enerjisi tarifləri təklif edən mövqedə olacaq”.

SOCAR-ın roluna gəlincə isə, o, layihədə şirkətin iki aspektdə vacib rolunu - “ElektroGas Malta” beynəlxalq konsorsiumunda 33% paya sahib olması və yeganə qaz təchizatçısı kimi vurğulayıb.

Maltanın SOCAR-la indiyədək təcrübəsinə əsaslanaraq K.Mizzi yüksək səlahiyyətli tərəfdaşı ilə əməkdaşlıqdan məmnun olduğunu və gələcək layihələrin həyata keçirilməsinə ümid etdiyini qeyd edib.

Qeyd edək ki, “SOCAR Trading” şirkətinin 33% paya malik olduğu “Electrogas Malta” konsorsiumu Maltada təbii qazla işləyən 200 MVt gücündə olan buxar-qaz turbininin (CCGT), həmçinin, mayeləşdirilmiş təbii qaz üçün qəbul, saxlama və qazlaşdırma qurğularının tikintisini həyata keçirir. Bu layihə Maltanın cənub-şərqində, Marsakslok yaxınlığında Delimara Elektrik Stansiyasının ərazisində həyata keçirilib.

Layihə istismara verildikdən sonra Maltanın elektrik enerjisinə olan tələbatın təxminən 50%-nin ödəniləcəyi gözlənilir.

Təbii qaz təkrar qazlaşdırma qurğusu vasitəsilə nəql edilir. “SOCAR Trading” proses üçün LNG və avadanlığı təmin edəcək.

Qazla işləyən yeni buxar-qaz elektrik stansiyası daha ucuz təbii qazdan istifadə və elektrik enerjisi istehsalı məqsədilə ağır dizel yanacağından asılılığı azaltmaq üçün Malta hökumətinin təşəbbüsünün bir hissəsidir.

Son xəbərlər

Orphus sistemi