Nazir: “Macarıstan Yaşıl Enerji dəhlizində Azərbaycanın tərəfdaşı olmaqda qərarlıdır”

Nazir: “Macarıstan Yaşıl Enerji dəhlizində Azərbaycanın tərəfdaşı olmaqda qərarlıdır” Macarıstan Qara dəniz sualtı elektrik xətti layihəsində iştirak etməklə Yaşıl Enerji dəhlizində Azərbaycanın tərəfdaşı olmaqda qərarlıdır.
Energetika
28 Sentyabr , 2022 16:39
Nazir: “Macarıstan Yaşıl Enerji dəhlizində Azərbaycanın tərəfdaşı olmaqda qərarlıdır”

Macarıstan Qara dəniz sualtı elektrik xətti layihəsində iştirak etməklə Yaşıl Enerji dəhlizində Azərbaycanın tərəfdaşı olmaqda qərarlıdır.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, bu məsələ bu gün Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclası çərçivəsində P.Şahbazovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə müzakirə olunub.

Nazir P. Siyarto ilə səmərəli görüşünün olduğunu da vurğulayıb.

Xatırladaq ki, iclas çərçivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq. İclasda P. Şahbazovun çıxışı, iclasdan sonra isə ikitərəfli görüşləri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi