Nazir: “Macarıstan Qətər təbii qazını ölkənin enerji sisteminə daxil etmək üçün danışıqlar aparır”

Nazir: “Macarıstan Qətər təbii qazını ölkənin enerji sisteminə daxil etmək üçün danışıqlar aparır” Macarıstan Qətər təbii qazını ölkənin enerji sisteminə daxil etmək üçün danışıqlar aparır.
Energetika
5 İyun , 2024 11:04
Nazir: “Macarıstan Qətər təbii qazını ölkənin enerji sisteminə daxil etmək üçün danışıqlar aparır”

Macarıstan Qətər təbii qazını ölkənin enerji sisteminə daxil etmək üçün danışıqlar aparır.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Bakı Enerji Forumunun açılışında çıxışı zamanı deyib.

“Bu il biz ilk dəfə olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR), o cümlədən Türkiyədən təbii qaz aldıq. Türkiyənin sərhəd qonşusu olmayan, bu dövlətdən qaz idxal edən ilk ölkə olduq. Biz Qətərlə də bu istiqamətdə danışıqlar aparırıq. 2027-ci ildən onların yeni mənbələri və ya bəzi müqavilələri olduqda, Qətər qazını enerji sistemimizə daxil edə biləcəyik”, - o vurğulayıb.

Qeyd edək ki, SOCAR ilə Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” arasında 2023-cü ilin iyun ayında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. Qeyd olunan sazişin predmetini birdəfəlik sövdələşmə təşkil edir, lakin gələcək əməkdaşlıq barədə danışıqlar davam edir. Tədarüklər üçün artıq mövcud infrastrukturdan istifadə olunub.

Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünə 31 dekabr 2020-ci ildə başlayıb.

Son xəbərlər

Orphus sistemi