Yuxarı
    Bağlamaq

    Nazir: IV rübdə neft bazarında tarazlıq yaranacaq

    Liviya və Nigeriyadakı hasilat artımı OPEC-in qərarına təhlükə yaratmayacaq

    Bakı. 19 iyun. REPORT.AZ/ "Neft bazarı düzgün istiqamətdə irəliləyir. Lakin onun tarazlanması üçün zaman lazımdır". "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih Londonda yerləşən "Asharq al-Awsat" qəzetinə verib.

    "Hesab edirəm ki, fundamental bazar amilləri doğru istiqamətdə irəliləyir. Amma, son illərdə yığılan artıq neft ehtiyatları səbəbindən aldığımız qərarın effektivliyi üçün zaman lazımdır. Cari proqnozlar şist neft hasilatını da nəzərə alaraq onu deməyə imkan verir ki, ilin son rübündə tarazlıq bərpa olunacaq", - deyə nazir qeyd edib.

    X.əl-Falih Liviya və Nigeriyadakı hasilat artımının OPEC-in hasilatın azaldılması ilə bağlı qərarına təhlükə yaratmayacağını bildirib. Qeyd edək ki, Liviya və Nigeriyada hasilatın artması səbəbindən mayda OPEC-in hasilatı 336 min barel/gün artım göstərib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi