Yuxarı

Nazir: "Azərbaycanın qaz ehtiyatları 100 il kifayət edəcək"

Natiq Əliyev: Neft ehtiyatlarımız isə bundan sonra 60 il kifayət edəcək

Bakı. 11 mart. REPORT.AZ/ "Azərbaycan mövcud qaz ehtiyatları ilə özünü 100 il təmin etmək iqtidarındadır". "Report" xəbər verir ki, bunu Bakıda keçirilən IV Qlobal Bakı Forumunda çıxış edən energetika naziri Natiq Əliyev deyib.

N.Əliyev Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının toplam həcminin 2,5 trln. kubmetr olduğunu bildirib: "Ehtimal edilən qaz ehtiyatları isə 4 trln. kubmetrə çatır. Neft ehtiyatlarımız isə bundan sonra 60 il kifayət edəcək".

"Ölkədəki elektrik enerjisi istehsal edən stansiyalarının 85%-i qazla, 40%-i isə hidroenerji ilə işləyir", - deyə nazir əlavə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi