Nazir: “Azərbaycan Türkmənistan qazının nəqlində maraqlıdır”

Nazir: “Azərbaycan Türkmənistan qazının nəqlində maraqlıdır” Bakı. 17 iyul. REPORT.AZ/ Biz Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəql edilməsi üçün bu ölkə ilə müzakirələr aparırıq.
Energetika
17 İyul , 2018 15:35
Nazir: “Azərbaycan Türkmənistan qazının nəqlində maraqlıdır”

Bakı. 17 iyul. REPORT.AZ/ Biz Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəql edilməsi üçün bu ölkə ilə müzakirələr aparırıq.

"Report"un məlumatına görə, bunu ADA Universitetində keçirilən Bakı Yay Enerji Məktəbində energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir qeyd edib ki, Azərbaycan Türkmənistanla bu məsələdə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib:" Qeyd etməliyəm ki, Türkmənistan bizimlə əməkdaşlıq etmək istəyən yeganə tərəf deyil. Düzdür, bizim Türkmənistanla hazırda heç bir layihəmiz yoxdur, amma gələcəkdə Türkmənistan qazının ixracatının diversifikasiyası məsələsi ətrafında müzakirələrə başlaya bilərik". 

Son xəbərlər

Orphus sistemi