Nazir: "AÇG-nin hələ işlənməmiş ehtiyatları 2050-ci ilədək Azərbaycanın davamlı inkişafını təmin edəcək"

Nazir: "AÇG-nin hələ işlənməmiş ehtiyatları 2050-ci ilədək Azərbaycanın davamlı inkişafını təmin edəcək" "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun hələ işlənməmiş 400 milyon ton ehtiyatları 2050-ci ilədək Azərbaycanın davamlı inkişafını təmin edəcək".
Energetika
22 Fevral , 2023 11:00
Nazir: AÇG-nin hələ işlənməmiş ehtiyatları 2050-ci ilədək Azərbaycanın davamlı inkişafını təmin edəcək
Pərviz Şahbazov

"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun hələ işlənməmiş 400 milyon ton ehtiyatları 2050-ci ilədək Azərbaycanın davamlı inkişafını təmin edəcək".

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə çıxışı zamanı qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev öz qətiyyəti, strateji baxışı, yüksək liderlik keyfiyyətləri ilə ölkəmizin davamlı inkişafının, ərazi bütövlüyünün və regionda yeni geosiyasi reallıqların memarı olmaqla nəinki ata vəsiyyətini yerinə yetirdi, həm də Azərbaycanın enerji siyasətini böyük uğurla yeni mərhələyə yüksəltdi:

“Əsrin müqaviləsi” yeni mərhələdə “XXI əsrin müqaviləsi”nə çevrildi. Gələn il bu müqavilə çərçivəsində “Azəri Mərkəzi-Şərqi” dəniz platformasından ilk hasilatı gözləyirik. Həmçinin “Ümid-Babək”, “Abşeron”, “Qarabağ”, “Şəfəq-Asiman” yataqlarının, “Abşeron Yarımadasının Dayazsulu Hissəsi”, “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlanan layihələr Azərbaycanın neft-qaz ölkəsi kimi inkişafının tamamilə yeni bir mərhələsidir".

Son xəbərlər

Orphus sistemi