Naxçıvanın "yaşıl enerji" zonasına çevrilməsi üçün yeni yol xəritəsi müəyyənləşəcək

Naxçıvanın "yaşıl enerji" zonasına çevrilməsi üçün yeni yol xəritəsi müəyyənləşəcək Naxçıvanın "yaşıl enerji" zonasına çevrilməsi və ixrac potensialının yaradılması istiqamətində yeni yol xəritəsi müəyyənləşəcək.
Energetika
29 Sentyabr , 2023 11:36
Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi üçün yeni yol xəritəsi müəyyənləşəcək

Naxçıvanın "yaşıl enerji" zonasına çevrilməsi və ixrac potensialının yaradılması istiqamətində yeni yol xəritəsi müəyyənləşəcək.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə baş tutan "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu forum və beynəlxalq konfrans yeni layihələrin reallaşdırılmasına zəmin hazırlayaraq iki ölkə arasında strateji enerji əməkdaşlığını daha da möhkəmləndirəcək:

"Nəticədə Azərbaycan regional və Avropa miqyasında təhlükəsiz və dayanıqlı enerji təchizatçısına çevriləcək. Enerji siyasəti bu gün dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyada dövlətlərin iqtisadi və siyasi gücü bir çox cəhətdən enerji təhlükəsizliyi məsələləri ilə ölçülür. Daha doğrusu, enerji təhlükəsizliyi sabitliyin və təhlükəsizliyin qarantı hesab edilir. Məhz bu baxımdan Ümummilli Liderimiz Heydər Əliyevin enerji strategiyası ölkəmizə yalnız iqtisadi deyil, həm də siyasi dividendlər qazandırır", - deyə F.Nəcəfli əlavə edib.

Prezidentin səlahiyyətli nümayəndəsi vurğulayıb ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri regionda yeni reallıqlar yaradır ki, bunun da ən mühüm cəhətlərindən biri enerji sahəsindəki uğurlu tərəfdaşlıqdır.

Son xəbərlər

Orphus sistemi