Fevralda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

Fevralda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb Bakı. 7 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində Naxçıvan Muxtar Respublikası üzrə verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.
Energetika
7 Mart , 2019 15:16
Fevralda Naxçıvana verilən təbii qazın miqdarı və satışından toplanan vəsaitin həcmi açıqlanıb

Bakı. 7 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində Naxçıvan Muxtar Respublikası üzrə verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumatlar açıqlanıb.

“Report”un məlumatına görə, fevralda Muxtar Respublikaya verilən təbii qazın ümumi həcmi 27 789 472 kubmetr təşkil edib. Ötən ay üzrə verilən təbii qazın ümumi dəyəri 3727 387 manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 3 587 128 manat təşkil edib. Muxtar Respublikada təbii qazın istifadəsinə görə ödənilmə faizi 96,2 olub.

Belə ki, Naxçıvan şəhərində verilən təbii qazın ümumi həcmi 3 867 794 kubmetr, verilən təbii qazın ümumi dəyəri 408 877 manat, daxil olan vəsaitin həcmi 409 571 manat, təbii qazın istifadəsinə görə yığımı isə 100,2% icra edilib.

Şahbuz rayonunda verilən təbii qazın ümumi həcmi 886 164 kubmetr, verilən təbii qazın ümumi dəyəri 93 346 manat, daxil olan vəsaitin həcmi isə 93 349 manat təşkil edib. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı isə 100,0% icra edilib.

Culfa rayonunda verilən təbii qazın ümumi həcmi 1 726 825 kubmetr, verilən təbii qazın ümumi dəyəri 173 278 manat, daxil olan vəsaitin həcmi isə 173 541 manat olub. Culfada təbii qazın istifadəsinə görə yığımı isə 100,2% icra edilib.

Ordubad rayonunda verilən təbii qazın ümumi həcmi 1 608 862 kubmetr, verilən təbii qazın ümumi dəyəri 162 765 manat, daxil olan vəsaitin həcmi isə 162 864 manat olub. Ordubadda təbii qazın istifadəsinə görə yığımı isə 100,1% icra edilib.

Şərur rayonunda verilən təbii qazın ümumi həcmi 2 758 678 kubmetr, verilən təbii qazın ümumi dəyəri 277 484 manat, daxil olan vəsaitin həcmi 277 582 manat təşkil edib. Şərurda təbii qazın istifadəsinə görə yığımı isə 100,0% icra edilib.

Ötən ay Sədərək rayonunda verilən təbii qazın ümumi həcmi 329 842 kubmetr olub. Bu rayonda verilən təbii qazın ümumi dəyəri 32 984 manat, daxil olan vəsaitin həcmi 32 992 manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı 100,0% olub.

Kəngərli rayonunda verilən təbii qazın ümumi həcmi 1 197 624 kubmetr olub. Ötən ay bu rayonda verilən təbii qazın ümumi dəyəri 120 033 manat, daxil olan vəsaitin həcmi 120 046 manat olub. Bu rayonda təbii qazın istifadəsinə görə yığımı 100,0% olub.

Fevralda Babək rayonu verilən təbii qazın ümumi həcmi 3 445 357 kubmetr təşkil edib. Babəkdə verilən təbii qazın ümumi dəyəri 347 048 manat, daxil olan vəsaitin həcmi 347 356 manat olub. Bu rayonda da təbii qazın istifadəsinə görə yığımı 100,1% olub.

Bu ilin fevral ayında muxtar respublikanın müəssisə və təşkilatlarına verilən təbii qazın ümumi həcmi 11 968 426 kubmetr təşkil edib. Büdcə təşkilatlarına verilən təbii qazın ümumi dəyəri 2 111 572 manat, daxil olan vəsaitin həcmi 1 969 827 manat olub. Müəssisə və təşkilatlarının təbii qazın istifadəsinə görə yığımı 93,3% olub.

Son xəbərlər

Orphus sistemi