Naxçıvan və İran arasındakı “Culfa-Culfa” elektrik xətti “Culfa” yarımstansiyasına qoşulacaq

Naxçıvan və İran arasındakı “Culfa-Culfa” elektrik xətti “Culfa” yarımstansiyasına qoşulacaq Naxçıvan Muxtar Respublikası və İran arasındakı 132 kV-luq “Culfa-Culfa” hava elektrik verilişi xəttinin “Culfa” yarımstansiyasına qoşulması planlaşdırılır.
Energetika
18 Sentyabr , 2024 11:21
Naxçıvan və İran arasındakı “Culfa-Culfa” elektrik xətti “Culfa” yarımstansiyasına qoşulacaq

Naxçıvan Muxtar Respublikası və İran arasındakı 132 kV-luq “Culfa-Culfa” hava elektrik verilişi xəttinin “Culfa” yarımstansiyasına qoşulması planlaşdırılır.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, ötən əsrin 90-cı illərinin sonunda qurulmuş, qurğu və avadanlıqları uzun müddətdir istismar olunan sistem əhəmiyyətli 132/110/10 kilovoltluq “Culfa” yarımstansiyasının qidalandırıcı yüksəkgərginlikli elektrik xətlərinin yaşayış sahələrindən çıxarılması məqsədilə yerini dəyişdirməklə yenidən tikilib-quraşdırılması işləri aparılır. Yarımstansiya üçün yeni 2 ədəd 110/35/10 kV-luq, 16 MVA gücündə transformator satın alınıb.

Onlardan biri muxtar respublikaya gətirilib və yarımstansiyada quraşdırılması işləri aparılır. Yaxın zamanlarda digər güc transformatoru da Naxçıvana gətiriləcək. Tikinti-quraşdırılması davam etdiriləcək 36 MVt gücündə “Ordubad” Su Elektrik Stansiyasından 87 MVt gücündə Naxçıvan Modul Elektrik Stansiyasına çəkiləcək iki dövrəli 110 kV-luq hava elektrik verilişi xəttinin bir dövrəsinin yarımstansiyaya birləşdirilməsi də nəzərdə tutulur. Yarımstansiya Culfa şəhərində və rayonun Yaycı, Dizə kəndlərində istehlakçıların keyfiyyətli elektrik enerjisi tələbatını ödəməklə yanaşı, elektrik enerjisinin texniki itkilərini azaltmaqda mühüm rol oynayacaq. Sadalanan bölgələri qidalandıran mövcud 10 kV-luq elektrik xətti yeni yarımstansiyadan qidalandıralacaq 35 kV-luq gərginlik pilləsinə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi