Bakı. 13 may. REPORT.AZ/ Türkmənistan qazının Azərbaycan üzərindən Avropa bazarına çıxarılmasını nəzərdə tutan Transxəzər layihəsinin reallaşacağı tarix hələ dəqiq bilinmir. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
O, Transxəzər layihəsi ilə bağlı dördtərəfli görüş keçirildiyini və müəyyən razılığın əldə olunduğunu deyib: “
"Avropa İttifaqı təklif edib ki, Transxəzər layihəsi ilə bağlı konsorsium yaradılsın. Türkmənistan hazırda 30 mlrd. kubmetr qazını Avropaya satmağa hazır olduğunu açıqlasa da, bunun nə vaxt və necə reallaşacağı dəqiq deyil. Həmçinin Transxəzər layihəsinin nə vaxt reallaşacağı və kim tərəfindən maliyyələşdiriləcəyi məlum deyil”, - deyə N.Əliyev vurğulayıb.