Yuxarı
    Bağlamaq

    N.Nərimanov NQÇİ-də səyyar müşavirə keçirilib

    Müşavirə iştirakçıları “Bulla-dəniz” yatağındakı 125 nömrəli quyuda həyata keçirilən işlərlə maraqlanıblar

    Bakı. 19 sentyabr. REPORT.AZ/ N.Nərimanov NQÇİ-nin istismar etdiyi dəniz özüllərində qazmada olan quyularn vaxtında və keyfiyyətlə təhvil verilməsi üçün həyata keçirilən işlərlə, özüllərin texniki vəziyyəti ilə maraqlanmaq, qarşıda duran vəzifələri müəyyənləşdirmək və onların həlli yollarını müzakirə etmək məqsədilə səyyar müşavirə keçirilib.

    Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən bildirilib.  

    Məlumata görə, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun rəhbərliyi ilə keçirilən müşavirədə “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, aidiyyəti mütəxəssislər iştirak ediblər. 

    Müşavirə iştirakçıları “Bulla-dəniz” yatağındakı 122 saylı stasionar dəniz özülündə qazılan 125 nömrəli quyuda həyata keçirilən işlərlə maraqlanıblar. Yüksək təzyiqli qaz və kondensat hasilatının gözlənildiyi quyuda risklərin qiymətləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. 6 saylı stasionar dəniz özülündə qazılan 78 nömrəli qaz-kondensat quyusunun vaxtında və keyfiyyətlə təhvil verilməsi üçün də müvafiq göstərişlər verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi