N.Nərimanov adına NQÇİ-də daha bir estakadayanı meydança təmir edilib

N.Nərimanov adına NQÇİ-də daha bir estakadayanı meydança təmir edilib İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib
Energetika
29 Sentyabr , 2017 12:37
N.Nərimanov adına NQÇİ-də daha bir estakadayanı meydança təmir edilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) istismar etdiyi yataqlarda hasilatın səmərəliliyinin artırılması, estakada, meydança və özüllərin daha keyfiyyətli istismarının təmin edilməsi, mövcud infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, bu günlərdə “Neftqaztikinti” Tresti “Azneft” İB-nin sifarişi əsasında N.Nərimanov adına NQÇİ tərəfindən istismar olunan 682 saylı estakadayanı meydançada əsaslı təmir işləri həyata keçirib. Aparılan işlər zamanı meydançanın 7965 kvadrat metr sahəsində korroziyaya qarşı mühafizə tədbirləri görülmüş, eyni zamanda 16 şaquli və 6 maili svay, 28 ədəd anker vurulub, 6 ədəd metal lövhə və 4,8 tonluq məhəccər çəpəri quraşdırılıb, həmçinin əlavə işıqlandırma işləri həyata keçirilib.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançanın tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və obyekt istismara qəbul edilib.

Son xəbərlər

Orphus sistemi