“Mozdok-Qazıməmməd” magistral qaz kəmərində təmir işləri aparılacaq

“Mozdok-Qazıməmməd” magistral qaz kəmərində təmir işləri aparılacaq Bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq
Energetika
11 Dekabr , 2020 17:07
“Mozdok-Qazıməmməd” magistral qaz kəmərində təmir işləri aparılacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsi diametri 1 200 mm olan 'Mozdok-Qazıməmməd" yüksək təzyiqli magistral qaz kəmərində 2 gün ərzində (12-13 dekabır tarixlərində) təmir işlərinin aparılmasını nəzərdə tutub.

Bu barədə “Report”a SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, kəmərin 332 335-ci kilometirliyində karoziyaya uğramış 120 metrlik hissənin bərpadan sonra mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu zaman kəmərdə qazın nəqli müvəqqəti olaraq dayandırılacaq.

Bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq.

Bununla yanaşı, “Siyəzən Quşçuluq” fabrikinin qaz təchizatının alternativ mənbə olaraq “Yaşma-Siyəzən” qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur. Xaçmaz Regional qaz istismarı İdarəsindən verilən məlumata görə, "Mozdok-Qazıməmməd" magistral qaz kəmərinin 339-423-cü kilometirliyində balon hissədə olan ehtiyat təbii qazın həcmi ilə adları çəkilən rayonlardakı həyati əhəmiyyətli obyektlərin müəyyən müddətə təbii qazla təmin olunmasına çalışılacaq.

Xatırladaq ki, kəmərdə təmir işlərinin aparılması 28-29 noyabr tarixlərinə planlaşdırılsa da, sonradan təxirə salınmışdı.

Son xəbərlər

Orphus sistemi