Moskvada “Xəzər dialoqu” forumu keçiriləcək

Moskvada “Xəzər dialoqu” forumu keçiriləcək
Energetika
70
9 Noyabr , 2018 17:39
Moskvada “Xəzər dialoqu” forumu keçiriləcək

Moskva. 9 noyabr. REPORT.AZ/ Noyabrın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində “Xəzər dialoqu-2018” beynəlxalq iqtisadi forumu keçiriləcək.  

“Report”un Rusiya bürosu xəbər verir ki, tədbir Rusiya Xarici İşlər Nazirliyi nəzdindəki Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda baş tutacaq.  

Tədbirdə Xəzəryanı ölkələrin rəsmiləri, işgüzar və elmi dairələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər. 

Forumun gündəminə regionun mühüm məsələlərinin həllində Xəzəryanı ölkələr arasındakı əməkdaşlığın təcrübəsi, elmi tədqiqat layihələrinin və innovasiyaların hazırlanması və tətbiqində beynəlxalq əməkdaşlıq, kadr hazırlığı məsələləri, regionun tranzit və ixracat potensialı ilə bağlı məsələlər salınıb.

İqbal Rüstəmov

Son xəbərlər