“Moody's”: "Azərbaycan enerji keçidini asanlaşdıracaq böyük aktivlərə malikdir"
- 12 yanvar, 2022
- 09:51
Qobal tənzimləmələr və ənənəvi yanacaqlarından keçid ilə bağlı siyasətlər dəyişərsə və yaxud investorlar karbohidrogen sektorundan “Moody's”in gözlədiyindən daha sürətli çıxarsa, kredit təzyiqi xüsusilə İraq, Küveyt və Oman üçün, uzunmüddətdə isə Azərbaycan, Qətər, Əbu-Dabi və Səudiyyə Ərəbistanı üçün böyük olacaq.
“Report” xəbər verir ki, bu barədə “Moody's” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
“Moody's”in baş analitiki Aleksandr Perjessy bildirib ki, ən çox ehtimal olunan karbon keçid ssenariləri, maliyyə təzyiqlərinin əsasən 2030-cu illərdə formalaşmağa başlaması ilə birliktə, düzəliş üçün müəyyən vaxt təklif edir: “Hazırda bəyan edilmiş iqlim siyasətlərinə ("Moody's"in əsas karbon keçid ssenarisinə) əsasən enerji keçidi mərhələli olacaq və cari onillikdə karbohidrogendən asılı olan ölkələrin kredit profillərinə yalnız məhdud mənfi təzyiq göstərəcək.
Ən güclü institutlara və ən böyük maliyyə buferlərinə malik olan ölkələr uzunmüddətli karbon keçidi risklərini azaltmaq üçün ən yaxşı mövqedədirlər.
Əbu-Dabi, Qətər və Səudiyyə Ərəbistanı, siyasətlərini institusional və idarəetmə nöqteyi-nəzərindən tənzimləmək üçün ən güclü potensiala malikdir. Küveyt, Əbu-Dabi, Qətər və Azərbaycan enerji keçidini asanlaşdırmaq və ediləcək korreksiyanı buferləşdirmək üçün maliyyə vəsaitlərini təmin edəcək ən böyük suveren sərvət fondu aktivlərinə malikdir.”
“Moody's”in hesabatına əsasən, hökumətlər və bizneslər alternativ, daha təmiz enerji mənbələrinə keçidini sürətləndirdikcə, neft və qaza qlobal tələbatın struktur şəkildə azalmasına səbəb olduqca, böyük dərəcədə karbohidrogen sektoruna arxalanan dövlətlər maliyyə təzyiqləri ilə üzləşəcəklər.
Maliyyə institutlarının iqlim vədləri, karbohidrogen tələbindəki azalma, bundan əvvəl olmasa bilə, karbohidrogenlə əlaqəli maliyyə aktivləri ilə bağlı zəif tələblə müşayiət olunacaq və karbohidrogendən asılı olan suverenlər üçün mühüm kredit ötürmə kanalı əlavə olunması mənasına gəlir.
Araşdırmaya görə, bütün karbohidrogendən asılı olan ölkələr daha sürətli enerji keçidi gözləntisi ilə kredit riskləri ilə qarşı-qarşıyadır, ancaq bəzilərinin daha çox vaxtı var.