Misir neft məhsulları idxal etməyəcək

Misir neft məhsulları idxal etməyəcək Misir hökuməti 2023-cü ilədək neft məhsullarına tələbatın tamamilə yerli mənbələrdən ödəməyə başlamağı nəzərdə tutur.
Energetika
19 Yanvar , 2021 17:02
Misir neft məhsulları idxal etməyəcək

Misir hökuməti 2023-cü ilədək neft məhsullarına tələbatın tamamilə yerli mənbələrdən ödəməyə başlamağı nəzərdə tutur.

“Report” NGV-yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Mustafa Mədbuli bildirib.

O, ötən il neft kəşfiyyatına dair məcmu sərmayəsi 11 milyard ABŞ dolları məbləğində 26 müqavilə imzaladıqlarını qeyd edib.

Artıq ölkənin qaz tələbatını müstəqil ödəməyə nail olduqlarını vurğulayan baş nazir ötən il qaz hasilatını 28 faiz artırdıqlarını da diqqətə çatdırıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayında ölkənin neft naziri Tarik əl-Mulla bildirib ki, 2016-2020-ci illərdə ölkədə illik benzin idxalı 10 milyon tondan 3,5 milyon tonadək azalıb.

Son xəbərlər

Orphus sistemi